Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026-2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, 10 komandanın iştirakı ilə üç dövrəli sistemlə keçiriləcək turnirin püşkləri atılıb.
Püşkatma zamanı, həmçinin çempionatın birinci və ikinci dövrələrin oyun təqvimi müəyyənləşdirilib.
3 sentyabr tarixində start götürəcək yeni mövsümün birinci turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
Birinci tur
MOİK – “Şahdağ Qusar”
“Şimal” – “Cəbrayıl”
“Xankəndi” – “Səbail”
“Mingəçevir” – “Zaqatala”
“Baku Sportinq” – “Karvan-Yevlax”
