Sequnda təmsilçisi Çempionlar Liqasının qalibini darmadağın edib

6 Avqust 2026 01:06
109
Sequnda təmsilçisi Çempionlar Liqasının qalibini darmadağın edib

"Malyorka" və "Pari Sen-Jermen" arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, İspaniya klubu 3:0 hesabı ilə qalib gəlib.

"Malyorka"nın yarımmüdafiəçisi Zitu Luvumbu 21-ci dəqiqədə hesabı açıb. Hücumçu Han Virgili 40-cı dəqiqədə İspaniya komandasının üstünlüyünü ikiqat artırıb. Müdafiəçi Antonio Railo 51-ci dəqiqədə PSJ-nin qapısına üçüncü qolu vurub.

"Pari Sen-Jermen" Fransa Liqa 1-də 2025/2026 mövsümünü çempion kimi başa vurub. Komanda 34 matçda 76 xal qazanıb. Ötən mövsüm UEFA Çempionlar Liqasında PSJ finalda Londonun "Arsenal" komandasını məğlub etdi (1:1, penaltilərdə 4:3).

"Malyorka" İspaniya liqasında 38 matçda 42 xal qazanaraq 18-ci yeri tutub və La Liqadan Sequndaya düşüb.

İdman.Biz