18 yaşadək qızlardan ibarət Azərbaycan basketbol millisi bu gün FIBA U-18 qadınlar arasında Avropa çempionatının B divizionunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, yığmamız qrup mərhələsinin son turunda İslandiya komandası ilə qarşılaşacaq. Rumıniyanın Tulça şəhərindəki “Sala Polivalenta 2” arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan və İslandiya A qrupunda Portuqaliya, Rumıniya və Niderlandla birlikdə mübarizə aparırlar. Milli ilk üç qarşılaşmada qələbə qazana bilməyib.
Komandalar ötən il də eyni turnirin qrup mərhələsində üz-üzə gəliblər. Azərbaycan millisi həmin görüşdə İslandiyanı 86:79 hesabı ilə məğlub edib.
