“LANDAU Lions” amerikalı basketbolçunu transfer edib

4 Avqust 2026 21:23
122
“LANDAU Lions” amerikalı basketbolçunu transfer edib

Yeni mövsümə hazırlıqlarını davam etdirən "LANDAU Lions" heyətini amerikalı basketbolçu Edvard Polayt ilə gücləndirib.

İdman.Biz bildirir ki, ölkəmizdə uğurlu çıxışı ilə tanınan təcrübəli hücumçu yeni mövsümdə artıq "LANDAU Lions" forması ilə komandamızın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Polayt buna qədər Azərbaycan Basketbol liqasında "Neftçi" komandasındakı çıxışı ilə diqqət mərkəzinə düşüb. Edvart Polayt ABL-də hər oyuna ortalama 13.7 xal, 9 ribaund, 3.5 assistli göstərici ilə komandasının liderlərindən olub.

İdman.Biz