Konstantinos Vasiliadis “Neftçi” basketbol komandasının baş məşqçisi təyin olunub

3 Avqust 2026 17:56
86
Konstantinos Vasiliadis “Neftçi” basketbol komandasının baş məşqçisi təyin olunub

“Neftçi” basketbol klubu yunanıstanlı mütəxəssis Konstantinos (Kostas) Vasiliadis ilə müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, 42 yaşlı mütəxəssis zəngin basketbolçu karyerası ilə tanınır.

O, zamanında “Olimpiakos, “Paok”, “Unikaxa Malaqa”, “Anadolu Efes” və “Bilbao Basket” kimi Avropanın önəmli klublarında çıxış edib.

Son olaraq İspaniyanın “Lusentum Alikante” klubunu (2025-2026) çalışdıran Konstantinos Vasiliadislə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə müqavilənin müddəti yenidən dəyərləndiriləcək.

İdman.Biz