“Gəncə” İslam Rzayevlə müqavilənin müddətini uzadıb

5 Avqust 2026 10:18
86
“Gəncə” İslam Rzayevlə müqavilənin müddətini uzadıb

“Gəncə” basketbol komandası İslam Rzayevi heyətində saxlayıb.

İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi 24 yaşlı hücumçu ilə mövsümün sonunadək yeni müqavilə imzalayıb. Gəncə basketbol məktəbinin yetirməsi ötən mövsümdə də komandanın formasını geyinib.

Rzayevin çıxış etdiyi “Gəncə” 2025/2026-cı illər mövsümündə Azərbaycan Kubokunun qalibi olub. Komanda finalda “Sabah”ı məğlub edərək tarixində mühüm uğurlardan birinə imza atıb.

Gəncə təmsilçisi Azərbaycan Basketbol Liqasında isə yarımfinal mərhələsinədək irəliləyib. “Gəncə” bu raundda “Sabah”a seriyada 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

İdman.Biz