Çempionlar Liqası: “Sabah” səfərdə “Orhus”a məğlub oldu - YENİLƏNİB + VİDEO

5 Avqust 2026 23:08
1 475
Çempionlar Liqası: “Sabah” səfərdə “Orhus”a məğlub oldu

UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində Danimarkanın “Orhus” və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən ilk oyun başa çatıb. Danimarkada baş tutan qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. Bu, Azərbaycan klubunun Çempionlar Liqasında ilk məğlubiyyətidir.

İdman.Biz bildirir ki, komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq.

Matçın sonlarında, 90-cı dəqiqədə "Sabah"ın oyunçusu Stiv Solvetin vurduğu qol hesaba alınmayıb.

22:38

"Orhus" - "Sabah" matçında üçüncü qol vurulub.

İdman.Biz bildirir ki, 67-ci dəqiqədə Velko Simiç hesab arasındakı fərqi azaldıb - 2:1.

22:34

"Orhus" - "Sabah" matçında ikinci qol vurulub.

İdman.Biz bildirir ki, 63-cü dəqiqədə Ceyms Boqere oyunda ikinci qolunu vurub - 2:0.

22:16

"Orhus" - "Sabah" matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra danimarkalılar irəlidədirlər - 1:0.

21:58

"Orhus" - "Sabah" matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra danimarkalılar irəlidədirlər - 1:0.

21:44

"Orhus" - "Sabah" matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 31-ci dəqiqədə Ceyms Boqere danimarkalıları irəli çıxarıb.

21:11

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" klubları arasında oyun start götürüb.

İdman.Biz bildirir ki, matç Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasına görə planlaşdırıldığından 41 dəqiqə gec başlayıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:10-da başlayacaq.

Bu barədə İdman.Biz Bakı klubuna istinadən məlumat verir.

Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.

"Orhus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan komanda avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.

19:32

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Danimarkanın "Orhus" və "Sabah" kollektivlərinin start heyətləri bəlli olub.

İdman.Biz-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Orhus": Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (K)

Ehtiyat oyunçular: 1. Yesper Hanssen, 7. Markus Solbakken, 8. Sebastian Yorgensen, 11. Gift Links, 13. Yanni Serra, 20. Tomas Oli Kristyanson, 26. Yakob Andersen, 27. Stefen Tçamçe, 29. Rasmus Karstensen, 44. Muhammade Kamara, 45. Kristian Storx, 46. Hamuza Senquba

Baş məşqçi: Yakob Poulsen

"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris

Ehtiyat oyunçular:1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aiden Makkarti, 6. Abdulax Xaybulayev, 8. Kristian Nvaçukvu, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Orfe Mbina

Baş məşqçi: Valdas Dambrauskas

Qeyd edək ki, "Orhus" - "Sabah" görüşü bu gün saat 20:30-da "Randers" stadionunda start götürəcək.

09:30

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün növbəti oyunlar baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Sabah” futbol komandası bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Bakı təmsilçisi ilk görüşdə Danimarkada “Orhus”un qonağı olacaq. "Randers" stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.

Günün digər matçında isə Türkiyənin “Fənərbağça” futbol komandası Avstriya təmsilçisi “Şturm”u qəbul edəcək.

UEFA Çempionlar Liqası

Üçüncü təsnifat mərhələsi, ilk oyunlar

5 avqust

20:30 “Orhus” - “Sabah”

22:00 “Fənərbağça” - “Şturm”

İdman.Biz