Canni İnfantinonu FİFA prezidenti vəzifəsində əvəz edə biləcək beş aparıcı namizədin adı açıqlanıb.
İdman.Biz bu barədə İspaniyanın "Marca" qəzetinə istinadən bildirir.
Namizədlər siyahısı belədir:
Nasir Əl-Xelayfi, “Pari Sen-Jermen” klubunun prezidenti və Avropa Klub Futbol Şurasının (EFC) sədri;
Viktor Montalyani, FİFA-nın vitse-prezidenti və Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyasının (CONCACAF) prezidenti;
Aleksander Çeferin, UEFA prezidenti;
Şeyx Salman bin İbrahim Əl-Xəlifə, Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti;
Patris Motsepe, Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti.
Qeyd olunur ki, Montalyani ən məntiqli seçimdir, çünki o, FİFA Şurasının vitse-prezidenti vəzifəsində çalışır və buna görə də təşkilatın daxili işlərinə yaxşı bələddir.
Namizədlərin ərizə təqdim etmələri üçün son tarix 18 noyabr 2026-cı ildir. Yalnız milli futbol assosiasiyası namizəd irəli sürə bilər. Namizəd ən azı beş federasiyanın dəstəyini qazanmalıdır. FİFA prezident seçkilərinin özü 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçirilməsi planlaşdırılır.
