Fransanın keçmiş idman naziri: “Yığma DÇ-1998-i dopinqin köməyi ilə qazanıb”

5 Avqust 2026 06:19
85
Fransanın keçmiş idman naziri: “Yığma DÇ-1998-i dopinqin köməyi ilə qazanıb”

Fransanın keçmiş idman naziri Fransa milli futbol komandasının 1998-ci il Dünya Kubokunu dopinqin köməyi ilə qazandığını etiraf edib.

İdman.Biz bildirir ki, həmin mundialda Fransa finalda Braziliyanı 3:0 hesabı ilə məğlub etmişdi.

Mari-Jorj Baffetin sözlərinə görə, 1997-ci ildə Eyme Jakenin komandasını dopinq qəbul edərkən ifşa ediblər – bütün komandanı. Bu, qalmaqala səbəb olub: oyunçular, məşqçilər heyəti və Fransa Futbol Federasiyası mətbuat vasitəsilə hökumətə təzyiq göstərərək, lazımsız presedentlər yaratmaqla Dünya Kubokunun hazırlıqlarına müdaxilə etdiklərini iddia ediblər. Və onlar istəklərinə nail olublar.

Nəticədə Baffet antidopinq nəzarətindən məsul olan doktor Alen Qarnyedən oyunçuların işlərinə qarışmamağı xahiş edib.

"Əmr çox aydın idi: Dünya Kubokuna qədər Fransa komandasını narahat etməməliyəm", - Qarnye deyib.

O, həmçinin qeyd edib ki, bu təlimat şifahi idi, beləliklə, "ev sahibi ölkə üçün belə gərgin bir dövrdə bürokratiyadan qaçmaq" və hər hansı bir dəlildən yayınmaq mümkün olub. Əslində, o, oyunçuların performanslarını yaxşılaşdırmaq üçün qadağan olunmuş maddələrdən istifadə etməyə davam edə biləcəklərini söyləyib.

Maraqlıdır ki, Baffet turnirdən qısa müddət sonra antidopinq hərəkatının aparıcı fiquruna çevrilib. 1999-cu ildə o, Fransada ilk antidopinq qanununu irəli sürüb. O, bu addımı belə izah edib: "Dünya Kubokundan sonra mübarizəni bərpa etdik".

İdman.Biz