“İnter” Çalhanoğlu ilə bağlı qərarını verdi

5 Avqust 2026 09:39
105
“İnter” Çalhanoğlu ilə bağlı qərarını verdi

Milanın “İnter” klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu yay komandadan ayrılmayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsi Romano məlumat yayıb.

Türkiyəli futbolçunun hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatsa da, “neradzurri” onu cari transfer pəncərəsində buraxmaq niyyətində deyil.

Məlumata görə, Milan təmsilçisi yarımmüdafiəçi ilə müqavilənin uzadılması məsələsini mövsümün ortalarına – dekabr və ya yanvar aylarına yaxın müzakirə etməyi planlaşdırır.

Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir. 32 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Məqalədə: