“Karvan-Yevlax” futbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Yevlax təmsilçisi müdafiəçi Sadiq Quliyevlə mövsümün sonunadək müqavilə imzalayıb.
31 yaşlı futbolçu son olaraq “Səbail”in formasını geyinib. Quliyev karyerası ərzində “Qəbələ”, “Zirə”, “Turan Tovuz” və Nepalın “Maçhindra” komandalarında da çıxış edib.
Mərkəz müdafiəçisi Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında oynayıb. O, U-23 millisinin heyətində 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
