“Şəfa” U-15 liqasından kənarlaşdırıldı

5 Avqust 2026 09:22
96
“Şəfa” U-15 liqasından kənarlaşdırıldı

Bakı Futbol Federasiyası (BFF) Təşkilat Komitəsi “Sabahın Ulduzları” U-15 yaş qrupu üzrə keçirilən yarışlarla bağlı mühüm qərar qəbul edib.

İdman.biz xəbər verir ki, bu yarışlar Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya məqsədi daşıyır.

FIFA-nın qərarına əsasən, turnirdə yalnız 2011 və 2012-ci il təvəllüdlü futbolçular çıxış edə bilərlər.

BFF Təşkilat Komitəsi “Şəfa” FK-nın heyətində 2011-ci il təvəllüdlü futbolçuların olmamasını, həmçinin klub akademiyasının yeni formalaşmasını nəzərə alaraq, klubun müraciəti əsasında komandanın “Sabahın Ulduzları” yarışındakı iştirakının dayandırılması barədə qərar qəbul edib.

Qərara əsasən, U-15 yaş qrupu üzrə keçirilən yarışlarda “Şəfa” FK-nın əvəzində “Rekord” komandası mübarizə aparacaq.

İdman.Biz