Türkiyə millisinin qolkiperi La Liqa klubuna keçir

6 Avqust 2026 04:19
92
Türkiyə millisinin qolkiperi La Liqa klubuna keçir

Türkiyə millisinin qapıçısı Altay Bayındırın yeni klubu məlum olub.

İdman.Biz bildirir ki, “Mançester Yunayted”da çıxış edən 28 yaşlı qolkiperin, İspanya La Liqa təmsilçisi “Selta Viqo”ya transferi məsələsində önəmli bir irəliləyiş olub.

İnsayder və journalist Fabrizio Romanonun məlumatın görə, Selta Viqo” ile “Manşester Yunayted” Altay Bayındırın transferi məsələsində razılaşıblar.

Tərəflər arasındakı görüşlərin müsbət nəticələndiyi və transfer prosesində rəsmi addımların atılması üçün hazırlıqların başladığı bildirilir.

“Selta Viqo”nun qapıçını icarə əsasında heyətinə qatması gözlənilir. İspaniya klubu ilə Altay Bayındır tərəfinin də razılaşdığı qeyd olunur.

İdman.Biz