“Flamenqo” “Zenit”ə Luis Enrike üçün təkmilləşdirilmiş təklif göndərib

6 Avqust 2026 03:14
89
“Flamenqo” “Zenit”ə Luis Enrike üçün təkmilləşdirilmiş təklif göndərib

Braziliyanın "Flamenqo" klubu "Zenit Sankt-Peterburq"a hücumçu Luis Enrikenin transferi üçün təkmilləşdirilmiş təklif göndərib.

İdman.Biz bu barədə Globo-ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Rio-de-Janeyrodan olan klub "Atletiko Madrid "in futbolçusu Tiaqo Almadanın keçidinin müzakirəsində irəliləyiş olmadığı üçün braziliyalı forvardla bağlı danışıqları gücləndirib.

Əvvəlcə "Flamenqo" hər iki oyunçunu heyətinə qatmağa ümid edirdi, lakin indi əsas maliyyə mənbələrini Luis Enrikenin alınmasına yönəltmək niyyətindədir. Braziliya klubu hücumçuya 35 milyon avro təklif edib.

Luis Enrike 2025-ci ilin yanvarından "Zenit" də çıxış edir. Bu müddət ərzində bütün turnirlərdə 49 oyun keçirdi, səkkiz qol vurdu və yeddi asist verdi. Futbolçunun Sankt-Peterburq klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 24 milyon avro qiymətləndirir.

İdman.Biz