“Qarabağ” Kiyev “Dinamo”su ilə oyun üçün Polşaya yollanıb - FOTO

5 Avqust 2026 16:35
112
“Qarabağ” Kiyev “Dinamo”su ilə oyun üçün Polşaya yollanıb - FOTO

“Qarabağ” futbol komandası Kiyev “Dinamo”su ilə oyun üçün Polşaya yollanıb.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasına görə səfərə çıxıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov Polşaya yola düşməzdən əvvəl keçirilən mətbuat konfransında matça istədikləri kimi hazırlaşdıqlarını bildirib.

“Vacib səfərə çıxırıq. Azarkeşləri çox olan komandadır. Biz oyuna yaxşı hazırlaşmışıq və qələbə üçün gedirik”, - deyə mütəxəssis bildirib.

Kiyev “Dinamo”su - “Qarabağ” matçı avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bolqarıstanın CSKA komandası ilə qarşılaşıb. Hər iki oyun qolsuz başa çatıb, penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olan Ağdam təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

İdman.Biz