“Karvan-Yevlax” futbol komandası yarımmüdafiəçisi Rauf Rüstəmli ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, tərəflər arasındakı anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
22 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Sabah”a geri dönüb. Rüstəmli Yevlax təmsilçisində icarə əsasında çıxış edirdi.
Qeyd edək ki, Rauf Rüstəmli ötən mövsüm “Kəpəz” üzərində 4:1 hesablı qələbədə het-triklə yadda qalıb.
