“Sumqayıt” futbol klubu yeni transferini açıqladı

5 Avqust 2026 12:29
112
“Sumqayıt” futbol klubu yeni transferini açıqladı

“Sumqayıt” futbol komandası yeni mövsüm öncəsi heyətini gücləndirməkdə davam edir.

İdman.Biz xəbər verir ki, “kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı transfer ediblər.

26 yaşlı futbolçu indiyədək yalnız Braziliya komandalarında çıxış edib.

Yarımmüdafiəçinin son klubu ölkə çempionatının D seriyasında mübarizə aparan “Ferroviario” olub.

İdman.Biz