Qrizman Liqalar Kubokunda ilk qolunu vurub - VİDEO

6 Avqust 2026 11:13
94
Qrizman Liqalar Kubokunda ilk qolunu vurub - VİDEO

ABŞ-nin “Orlando Siti” futbol komandasında çıxış edən fransalı hücumçu Antuan Qrizman Liqalar Kubokunda ilk qolunu vurub.

İdman.Biz xəbər verir ki, 35 yaşlı futbolçu Meksikanın “Monterrey” komandası ilə qarşılaşmanın 28-ci dəqiqəsində hesabı açıb.

Qrizman komanda yoldaşının ötürməsindən sonra topa bir toxunuşla zərbə endirərək qapıçıya şans verməyib. Bu, onun turnirdə keçirdiyi ilk matçda ilk qolu olub.

“Orlando Siti” görüşdə 2:1 hesablı qələbə qazanıb. Komandanın digər qolunu 60-cı dəqiqədə penaltidən Tayris Spayser vurub. “Monterrey”nin heyətində isə Hüqo Kuypers əlavə vaxtın səkkizinci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, Qrizman bundan əvvəl MLS-də “San-Xose Ertkveyks”lə oyunda qol vurub. “Orlando Siti”nin 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada fransalı hücumçu klub karyerasında 300-cü qoluna imza atıb.

İdman.Biz