Didye Deşamın “Əl-Əhli” klubu ilə danışıqlarının nəticəsi bəlli olub

6 Avqust 2026 11:43
115
Didye Deşamın “Əl-Əhli” klubu ilə danışıqlarının nəticəsi bəlli olub

Fransa yığmasının sabiq baş məşqçisi Didye Deşamın Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu ilə danışıqları müsbət yekunlaşmayıb.

İdman.Biz “RMC Sport”ə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin klubla anlaşa bilməməsinin əsas səbəbi transferlə bağlı yekun qərar qəbul edən Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) qərarı olub.

Mənbə iddia edir ki, anlaşmada yaranan əsas çətinliklərdən biri Səudiyyə futbolunda qərar qəbuletmə prosesinin Avropadakından xeyli fərqlənməsidir.

Belə ki, strateji qərarların qəbulunda bir neçə tərəf iştirak edir ki, bu da prosesin əhəmiyyətli dərəcədə uzanmasına və yol boyu prioritetlərin dəyişməsinə səbəb ola bilər. Beləliklə, Deşamla aparılan danışıqlar müsbət nəticə verməməsi Dövlət İnvestisiya Fondunun yekun qərarından asılı olub.

İdman.Biz