U18 qızlardan ibarət milli komandamız FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionunda 17–20-ci yerlər uğrunda təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniya yığmasına 75:73 hesabı ilə qalib gəlib.
İdman.Biz bildirir ki, ilk hissədən sonra hesab 40:42 rəqibin xeyrinə olsa da, millimiz üçüncü hissədə üstünlüyü ələ keçirərək qarşılaşmanı qələbə ilə başa vurub.
Komandamızın heyətində dörd basketbolçu ikirəqəmli xal göstəricisinə çatıb:
Deniz Gökçöl — 19 xal, 4 ribaund, 3 məhsuldar ötürmə, 4 topalma
Leyla Allahverdiyeva — 15 xal, 9 ribaund, 4 məhsuldar ötürmə
Polina Şukina — 14 xal, 13 ribaund, 5 məhsuldar ötürmə
Viktoriya Ulyanova — 14 xal, 4 topalma
Millimiz 17–20-ci yerlər uğrunda mübarizədə növbəti oyununu avqustun 8-də Estoniya yığmasına qarşı keçirəcək.
Rumıniyanın Tulça şəhərindəki oyun 12:00-da başlayacaq.
09:58
Basketbol üzrə U-18 qızlardan ibarət Azərbaycan millisi FIBA Avropa çempionatının B divizionunda çıxışını davam etdirəcək.
İdman.Biz xəbər verir ki, yığmamız təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniya komandası ilə qarşılaşacaq.
Azərbaycan millisi qrup mərhələsini başa vurduqdan sonra turnirdə 17-20-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Azərbaycan - Şimali Makedoniya qarşılaşması bu gün - 7 avqustda keçiriləcək. Tulçada baş tutacaq görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Xatırladaq ki, milli komandamız FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionunda qrup mərhələsinin son oyununda İslandiya yığmasına 74:77 hesabı ilə məğlub olub. Millimiz qarşılaşmanın ilk hissəsini 45:40 hesabı ilə öndə başa vursa da, son dəqiqələrdə üstünlüyünü qoruya bilməyib.
