“Milli Aviasiya Akademiyası-1” ölkə çempionatında bürünc medal qazandı - FOTO

7 Avqust 2026 12:59
146
“Milli Aviasiya Akademiyası-1” ölkə çempionatında bürünc medal qazandı - FOTO

Bakı Su İdmanı Sarayında keçirilən yarışda “Milli Aviasiya Akademiyası-1” komandası bürünc medala sahib çıxıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın növbəti oyun günündə qadınlar arasında üçüncü yer uğrunda qarşılaşma baş tutub.

Bürünc medal görüşündə “Milli Aviasiya Akademiyası-1” “Milli-1” komandası ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Milli Aviasiya Akademiyası-1” rəqibini 2:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.

Ölkə çempionatına avqustun 8-də keçiriləcək final oyunları ilə yekun vurulacaq. Qadınların finalında “AZERRAIL Salam” “AZERRAIL Salam Sharing”lə, kişilərin finalında isə FHN-2 “Djevo” ilə qarşılaşacaq.

8 avqust
Final (qadınlar)

17:00. “AZERRAIL Salam” – “AZERRAIL Salam Sharing”

Final (kişilər)
18:00. FHN-2 – “Djevo”

Final oyunlarından sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, çempion olacaq kişi və qadın komandaları 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

İdman.Biz