İnfantino kuboku DÇ-2026-nın qalibinə Trampla birlikdə təqdim edəcək

23 İyun 2026 20:26
78
İnfantino kuboku DÇ-2026-nın qalibinə Trampla birlikdə təqdim edəcək

FİFA prezidenti Canni İnfantino kuboku DÇ-2026-nın qalibinə ABŞ prezidenti Donald Trampla birlikdə təqdim edəcəyini təsdiqləyib.

İdman.Biz xəbər verir ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir.

“Dünya çempionatının finalından Trampla birlikdə zövq alacağıq və kuboku qalibə birlikdə təqdim edəcəyik”, - deyə İnfantino Fox News-a verdiyi müsahibədə bildirib.

İdman.Biz