İspaniya millisi DÇ-2026-nın qrup mərhələsində ikinci oyununu keçirib.
İdman.Biz xəbər verir ki, H qrupunda yer alan Avropa təmsilçisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. ABŞ-nin Atlanta şəhərindəki “Mersedes-Benz Stadium”da keçirilən görüş İspaniyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 11-ci dəqiqədə Lamin Yamal açıb. Bu qol 18 yaşlı vingerin dünya çempionatlarında ilk qolu olub. 21-ci dəqiqədə Mikel Oyarzabal fərqi artırıb. Cəmi üç dəqiqə sonra o, dublunu rəsmiləşdirərək hesabı 3:0-a çatdırıb.
Matçda son nöqtə ikinci hissənin əvvəlində qoyulub. 49-cu dəqiqədə Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Həsən Əl-Tambakti avtoqol müəllifi olub.
Bu nəticədən sonra İspaniya millisi xallarının sayını dördə çatdırıb və H qrupunda liderliyə yüksəlib. Səudiyyə Ərəbistanı isə bir xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, üçüncü turda İspaniya Uruqvayla, Səudiyyə Ərəbistanı isə Kabo-Verde ilə qarşılaşacaq. Hər iki oyun 27 iyunda keçiriləcək.
21:59
VAR yoxlanışından sonra İspaniyanın beşinci qolu oyundan kənar vəziyyət səbəbi ilə ləğv edilir. Hesab 4:0-dır.
21:56
İspaniya son nöqtəni qoydu. 92-ci dəqiqədə Ferran Torres komandasının beşinci qolunu vurdu - 5:0.
21:13
İkinci hissə başlayan kimi - 49-cu dəqiqədə Səudiyyənin heyətindən Hasan Əl-Tambakti avtoqol müəllifi olur və hesabı 4:0 edir.
21:10
DÇ-2026-nın qrup mərhələsində ikinci turu çərçivəsində keçirilən İspaniya - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başladı.
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab 3:0 İspaniyanın xeyrinədir.
20:25
Cəmi üç dəqiqə sonra - 24-cü dəqiqədə Oyarzabal dubl edir - 3:0.
20:23
Oyunun 21-ci dəqiqəsində Oyarzabal İspaniyanın ikinci qolunu vurur - 2:0.
20:12
Lamin Yamal dünya çempionatında karyerasının ilk qolunu vurur. İspaniya 11-ci dəqiqədə hesabı açır.
20:02
DÇ-2026-nın qrup mərhələsində ikinci turun növbəti oyununa start verilib.
İdman.Biz xəbər verir ki, H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəlir. Qarşılaşma Atlantada keçirilir.
İspaniya ilk turda Kabo-Verde ilə 0:0 hesablı heç-heçə edib. Səudiyyə Ərəbistanı isə Uruqvayla 1:1 hesablı bərabərliyə qalıb.
Bu səbəbdən görüş hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Qələbə qazanan tərəf qrupdan çıxmaq yolunda ciddi üstünlük əldə edəcək.
Komandalar oyuna aşağıdakı heyətlə çıxıblar:
İspaniya: Unai Simon, Pedro Poro, Kubarsi, Laporta, Kukurelya, Pedri, Rodri, Yamal, Olmo, Aleks Baena, Oyarzabal
Səudiyyə Ərəbistanı: Əl Ovais, Saud Abdulhamid, Əl-Tombakti, Lajami, Əl-Əmri, Əl-Harbi, Nasser Davsari, Xaibari, Cuvair, Albrikan, Salem Al-Davsari
