Portuqaliya millisinin müdafiəçisi Dioqu Dalo DÇ-2026-nın qrup mərhələsində Özbəkistana qarşı keçirəcəkləri oyun barədə danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu K qrupunun ikinci tur matçı öncəsi rəqibə ciddi yanaşdıqlarını bildirib.
“Qələbə ən vacib məsələdir. Onun inamlı olub-olmaması əsas deyil, qələbə qələbədir. Növbəti mərhələyə çıxmaq üçün qazana biləcəyimiz hər xal həmişə önəmlidir. Qətiyyətli komandaya qarşı oynayacağıq. Asan oyun gözləmirik. Amma düzgün qərarlar verib matçı qazanmaq bizdən asılıdır. Əsas vəzifəmiz budur”, - deyə Dalo Portuqaliya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, Portuqaliya -Özbkistan oyunu Bakı vaxtı ilə 23 iyun, saat 21:00-da keçiriləcək.
