Avropa Liqası: Qadın voleybol yığmamız mübarizəni dayandırıb - YENİLƏNİB

20 İyun 2026 22:01
1 254
Avropa Liqası: Qadın voleybol yığmamız mübarizəni dayandırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəni başa vurub.

İdman.Biz bildirir ki, Şimali Makedoniyanın ev sahibliyi ilə keçirilən 3-cü turun son qarşılaşmasında komandamız İsveçrə yığması ilə üz-üzə gəlib.

Strumitsa şəhərində təşkil olunan görüşün qalibi İsveçrə millisi olub.

Millimiz Avropa Liqasında ümumilikdə 6 oyun (Azərbaycan - İsveç 0:3, Azərbaycan - Estoniya 3:0, Azərbaycan - Şimali Makedoniya 3:0, Azərbaycan - İspaniya 1:3, Azərbaycan - İsrail 3:0, Azərbaycan - İsveçrə 0:3) keçirib. Komandamız yarışı 3 qələbə, 9 xalla başa vurub.

Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 24 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 27 iyun -12 iyul tarixlərində baş tutacaq.

11:49

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi yığma İsveçrə millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyuna Şimali Makedoniya ev sahibliyi edəcək.

Qeyd edək ki, voleybolçularımız ötən gün İsrail millisini 3:0 hesabı ilə məğlub ediblər.

İdman.Biz