DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq İspaniya millisinin start heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Luis de la Fuente oyuna 4-3-3 sxemi ilə çıxmağa qərar verib.
İspaniyanın start heyəti belədir:
Qapıçı: Unai Simon
Müdafiəçilər: Pedro Porro, Pau Kubarsi, Aymerik Laport, Mark Kukurelya
Yarımmüdafiəçilər: Rodri, Pedri, Dani Olmo
Hücumçular: Lamin Yamal, Mikel Oyarzabal, Aleks Baena
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-da ilk turda Kabo-Verde ilə qolsuz heç-heçə edib. Bu səbəbdən Səudiyyə Ərəbistanı ilə oyun komanda üçün qrupdan çıxmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Oyun bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
