3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.
Qadınlardan ibarət milli komandamız mübarizəni təsnifat oyunlarında dayandırsa da, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu ilk qrup oyununda Çinin "Yanjing" klubuna 21:18, da, ikinci oyununda isə Çin millisinə 15:13 hesabı ilə qalib gəlib və qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Neftçi" bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.
13:36
3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi start götürüb.
İdman.Biz xəbər verir ki, Sumqayıtda keçirilən yarışda Azərbaycan millisi mübarizəyə seçmə mərhələdən başlayıb.
Komanda A qrupunda Tailand və Litva yığmaları ilə qarşılaşıb.
Hər iki oyunda Azərbaycan komandası məğlub olub. Tailand - Azərbaycan 21:5, Litva - Azərbaycan 21:5.
Günün ikinci yarısında “Neftçi SOCAR” əsas mərhələnin A qrupunda “Yanjing” (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.
Qeyd edək ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.
09:21
Bu gün 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi start götürəcək.
İdman.Biz xəbər verir ki, “Neftçi SOCAR” və Azərbaycan millisi turnirə qatılacaq.
Yığma mübarizəyə seçmə mərhələdən başlayacaq. Komanda raundun A qrupunda, 10:00-da Tailand, saat 10:50-də Litva ilə üz-üzə gələcək.
“Neftçi SOCAR” əsas mərhələnin A qrupunda “Yanjing” (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.
Qeyd edək ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.
