“Qarabağ” yoldaşlıq görüşündə “Zirə”ni məğlub edib - YENİLƏNİB

20 İyun 2026 20:47
1 314
“Qarabağ” yoldaşlıq görüşündə “Zirə”ni məğlub edib

“Qarabağ” və “Zirə” yoxlama oyununda üz-üzə gəliblər.

İdman.Biz-in məlumatına görə, “Azersun Arena”nın məşq meydançasında baş tutan qarşılaşmada Ağdam təmsilçisi rəqibini məğlub edib.

Görüş 4:3 hesabı ilə bitib.

“Qarabağ”ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli, Bakı klubunda George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov fərqləniblər.

09:45

2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, iyunun 10-dan Bakıda təlim-məşq toplanışı keçirən Qurban Qurbanovun komandası “Zirə” ilə qarşılaşacaq.

“Azersun Arena”nın məşq meydançasında keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi planlaşdırılır.

İdman.Biz
Məqalədə: