Dünya Qadın Seriyası: "Neftçi" Orlean mərhələsinin çempionudur - YENİLƏNİB

17 İyun 2026 23:51
1 052
Dünya Qadın Seriyası: "Neftçi" Orlean mərhələsinin çempionudur

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində final oyunu keçirilib.

İdman.Biz bildirir ki, finalda ev sahibi Fransa yığması ilə üz-üzə gələn “Neftçi SOCAR”, gərgin mübarizənin yekununda 20:21 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.

22:57

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində 1/2 final oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi SOCAR” komandası "Amsterdam"la üz-üzə gəlib.

Oyun 17:13 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.

Komanda finalda Fransa ilə qarşılaşacaq.

22:01

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində 1/4 final oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi SOCAR” komandası İspaniya yığması ilə qarşılaşıb.

Oyun 20:14 hesabı ilə “Neftçi SOCAR”ın xeyrinə bitib. Yarımfinalda Azərbaycan klubu "Amsterdam"la qarşılaşacaq.

15:06

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində 1/4 final oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi SOCAR” komandası İspaniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:10-da start götürəcək.

Daha əvvəl komandamız ilk qrup oyununda Yaponiyanın “Mitsubişi Elektrik” klubuna 11:16 hesabı ilə məğlub olsa da, ikinci oyununda Uqanda millisinə 18:14 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi SOCAR” Orlean mərhələsində qrupu ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib.

İdman.Biz