DÇ-2026: Türkiyə millisi pley-offa çıxmaq şansını itirdi - VİDEO

20 İyun 2026 09:15
132
DÇ-2026: Türkiyə millisi pley-offa çıxmaq şansını itirdi - VİDEO

2026-cı il dünya çempionatında Türkiyə millisinin pley-offa çıxmaq ümidi rəsmən başa çatıb.

İdman.Biz xəbər verir ki, türklər qrup mərhələsinin ilk iki turundan sonra xal qazana bilməyiblər.

Türkiyə yığması ilk oyunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Komanda ikinci turda isə demək olar ki, bütün ikinci hissəni say üstünlüyündə keçirməsinə baxmayaraq, Paraqvaya 0:1 hesabı ilə uduzub.

Beləliklə, D qrupunda son turda qələbə qazansa belə, Türkiyə millisi əlavə göstəricilərə görə rəqiblərini geridə qoya bilməyəcək. Xal bərabərliyi halında komanda şəxsi görüşlərin nəticələrinə əsasən həm Avstraliyadan, həm də Paraqvaydan geri qalacaq.

Türkiyə DÇ-2026-da qrup mərhələsini adlaya bilməyən ikinci komanda olub. Türkiyə ilə eyni aqibəti yaşayan digər komanda isə Haiti millisi olub.

İdman.Biz
Məqalədə: