Baloqun, Ayari, Cast və Holand mundiallar tarixinə düşüblər

20 İyun 2026 00:44
88
Baloqun, Ayari, Cast və Holand mundiallar tarixinə düşüblər

Dünya çempionatı tarixində yalnız dörd oyunçu debüt matçında dubl edib.

İdman.Biz bildirir ki, bu oyunçuların hamısı bunu 2026-cı il dünya çempionatında edib.

Birincisi, amerikalı Folarin Baloqun (12 iyunda Paraqvaya), ikincisi, isveçli Yasin Ayari (14 iyunda Tunisə), üçüncüsü, Yeni Zelandiyalı Elayca Cast (15 iyunda İrana), dördüncüsü, norveçli Erlinq Holanddır (16 iyun İraqa).

Əvvəlki 22 dünya çempionatında belə hallar olmayıb.

İdman.Biz