DÇ-2026-da növbəti sensasiya: Konqo DR Portuqaliyanı məyus etdi - YENİLƏNİB + VİDEO

17 İyun 2026 23:01
913
DÇ-2026-da növbəti sensasiya: Konqo DR Portuqaliyanı məyus etdi

Portuqaliya - Konqo DR matçı başa çatıb.

İdman.Biz bildirir ki, matç gözlənilməz nəticə ilə bitib. Turnirin favoritlərindən sayılan Portuqaliya Afrika təmsilçisini məğlub edə bilməyib - 1:1.

22:09

Portuqaliya - Konqo DR matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra heç-heçədir. - 1:1

21:54

Portuqaliya - Konqo DR matçında birinci yarı bitib.

İdman.Biz bildirir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

21:52

Portuqaliya - Konqo DR matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 45+5-ci dəqiqədə konqolu Yoan Vissa hesabı bərabərləşdirib.

21:08

Portuqaliya - Konqo DR matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 6-cı dəqiqədə Joao Neveş hesabı açıb.

21:02

Portuqaliya və Konqo Demokratik Respublikası 2026-cı il dünya çempionatında K qrupunun ilk turunda qarşılaşırlar.

İdman.Biz bildirir ki, oyun ABŞ-ın Hyuston şəhərindəki "NRG stadium"da oynanılır.

Portuqaliyanın müdafiəçisi Ruben Diaş zədə səbəbindən oyunda iştirak etmir. Komandanın 41 yaşlı forvardı Kriştianu Ronaldu üçün bu, altıncı mundialdır.

K qrupunda Özbəkistan və Kolumbiya da mübarizə aparırlar.

İdman.Biz