Bu gün Azərbaycanın kişi və qadın voleybolçulardan ibarət milliləri Gümüş Avropa Liqasında növbəti matçlarına çıxacaqlar.
İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət yığma İsraillə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu mərhələnin oyunları Şimali Makedoniyada keçirilir.
Boris Qrebennikovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda isə Macarıstan yığması ilə görüşəcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq. Bu mərhələnin qarşılaşmaları Bakıda keçirilir.
Qeyd edək ki, qadınlardan ibarət yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək. Kişi voleybolçular isə iyunun 21-də Portuqaliya yığması ilə görüşəcək.
