“Gəncə” üç voleybolçusu ilə vidalaşıb - FOTO

16 İyun 2026 15:15
88
“Gəncə” üç voleybolçusu ilə vidalaşıb - FOTO

“Gəncə” klubu üç voleybolçusu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” Voleybol Klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda Aysu Elveren, Şaron Çepçumba Kiprono və Hayat Matukla vidalaşıb.

Qeyd edək ki, “Gəncə” Azərbaycan Yüksək Liqasının 2025/2026 mövsümünü bürünc medalla başa vurub.

İdman.Biz