Voleybol Superliqanın “Neftçi” və “Gənclər” görüşəcək

29 Noyabr 2026 09:40
56
Voleybol Superliqanın “Neftçi” və “Gənclər” görüşəcək

Kişi voleybolçular arasında Azərbaycan Superliqasında beşinci turun təxirə salınmış “Gənclər” - “Neftçi” qarşılaşması keçiriləcək.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunması nəzərdə tutulan görüş saat 14:00-da başlayacaq.

“Gənclər” komandası ölkə çempionatında sonuncu qarşılaşmasını noyabrın 26-da keçirib. Altıncı tur çərçivəsində “AZERRAIL”lə üz-üzə gələn komanda rəqibinə 0:3 hesabı ilə məğlub olub.

“Neftçi”nin isə altıncı turda “Xilasedici” ilə qarşılaşması rəqib komandanın Çempionlar Liqasındakı səfər oyunu ilə əlaqədar təxirə salınıb.

“Gənclər” və “Neftçi” arasında keçiriləcək görüşlə ölkə çempionatının beşinci turuna yekun vurulacaq.

İdman.Biz