Super Liqa: “Azərreyl” “Murov Az Terminal” ilə üz-üzə

27 Noyabr 2026 12:24
27
Super Liqa: “Azərreyl” “Murov Az Terminal” ilə üz-üzə

Bu gün qadın voleybolçuların Super Liqasında dördüncü turun növbəti qarşılaşması keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun oyununda “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.

Görüş saat 16:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində başlayacaq.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmasında “Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı 3:1 (29:27, 22:25, 25:17, 25:23) hesabı ilə məğlub edib.

İdman.Biz