Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının dördüncü turunda növbəti oyun keçirilib.
İdman.Biz xəbər verir ki, “Gəncə” komandası doğma meydanda UNEC-i 3:1 hesabı ilə məğlub edib.
Gəncə İdman Sarayında baş tutan qarşılaşmanın setləri 25:18, 21:25, 25:18, 25:16 hesabları ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Milli Aviasiya Akademiyası” “Naxçıvan”a 3:1 (29:27, 22:25, 25:17, 25:23), “AZERRAIL” isə “Murov Az Terminal”a 3:0 (25:13, 25:18, 25:21) hesabı ilə qalib gəlib.
Turnir cədvəli hazırda aşağıdakı kimidir:

