Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Gümüş Avropa Liqasının oyunlarına təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
E.Zülfüqarov Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, iyunun 19-21-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Gümüş Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.
Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milliləri mübarizə aparacaqlar.
