Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçin Bakıya səfər edəcəyi gözlənilir.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, funksioner Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxta gələcək.
CEV rəhbəri turnirin digər ev sabihi ölkələrinə də səfər etmək niyyətindədir.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
