Avropa Voleybol Konfederasiyası (CEV) avqustun 21-28-i aralığında Bakıda keçiriləcək qadınlar arasında Avropa çempionatının oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat verilib.
Hakimlər briqadası yeddi ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimlərdən ibarətdir:
Qoren Roy (İsrail) - Baş hakim (hakimlərin fəaliyyətini qiymətləndirəcək)
Vladimir Çvetkoviç (Serbiya) - Challenge (Çelenc) hakimi
Erdal Akıncı (Türkiyə) - Hakim
Helena Persson (İsveç) - Hakim
Mikele Brunelli (İtaliya) - Hakim
Bartlomey Adamçık (Polşa) - Hakim
Dominik Bieqaylo (Böyük Britaniya) - Hakim
CEV-in qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri turnirin oyunlarına təyinat almırlar.
Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupu qarşılaşmalarını idarə etməyəcəklər.
Qeyd edək ki, C qrupunun bütün oyunlarında Challenge (Çelenc) sistemi tətbiq olunacaq. Bu səbəbdən yan xətt hakimlərindən istifadə edilməyəcək. Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə fəaliyyət göstərib.
