Azərbaycanın beynəlxalq dərəcəli hakimi Kəmalə Əsgərova kişi voleybolçular arasında keçirilən CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
O, Xorvatiyanın “Ribola Kastela” və Avstriyanın “UVC Holding Qrats” komandaları arasında bu gün Xorvatiyada keçiriləcək qarşılaşmada birinci hakim olacaq.
Ədalət təmsilçisinə bolqarıstanlı Boyan Zhelev kömək edəcək.
