Gənclər yığması Azərbaycan millisinə Avropa çempionatına hazırlaşmaqda kömək edir - FOTO

17 Avqust 2026 22:59
109
Gənclər yığması Azərbaycan millisinə Avropa çempionatına hazırlaşmaqda kömək edir

Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin bugünkü məşqində gənclərdən ibarət yığma komandanın üzvləri də iştirak ediblər.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən məşq zamanı gənc voleybolçular əsas milli komandanın üzvləri ilə birlikdə hazırlıq keçiblər.

Məşqdən sonra əsas millinin üzvləri gənc voleybolçulara peşəkar idmançı olmaq yolunda öz tövsiyələrini veriblər.

Bununla yanaşı, milli komandanın üzvləri Avropa çempionatı üçün xüsusi hazırlanmış köynəkləri gənc voleybolçulara hədiyyə ediblər.

Gənclər yığmasının üzvləri də bir neçə gün sonra start götürəcək Avropa çempionatında Azərbaycan millisinə uğurlar arzulayıblar.

İdman.Biz