Qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026 Women) Bakıda keçiriləcək C qrupunun oyunlarının proqramı müəyyənləşib.
İdman.Biz xəbər verir ki, qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.
Azərbaycan millisi qrup mərhələsində ilk oyununu avqustun 21-də Portuqaliyaya qarşı keçirəcək. Yığmamız daha sonra İspaniya, Rumıniya, Belçika və Niderlandla üz-üzə gələcək.
21 avqust
19:00 Azərbaycan – Portuqaliya
22 avqust
15:30 Belçika – İspaniya
18:30 Rumıniya – Niderland
23 avqust
15:30 Portuqaliya – Belçika
18:30 İspaniya – Azərbaycan
24 avqust
15:30 Niderland – Portuqaliya
18:30 Azərbaycan – Rumıniya
25 avqust
15:30 Rumıniya – Belçika
18:30 Niderland – İspaniya
26 avqust
15:30 İspaniya – Portuqaliya
18:30 Belçika – Azərbaycan
27 avqust
15:30 Niderland – Belçika
18:30 Portuqaliya – Rumıniya
28 avqust
15:30 İspaniya – Rumıniya
18:30 Azərbaycan – Niderland
Beləliklə, Azərbaycan millisi qrup mərhələsində beş oyun keçirəcək. C qrupunun bütün qarşılaşmaları Bakıda, Milli Gimnastika Arenasında baş tutacaq.
