“Ordu” polşalı voleybolçunu transfer edib

13 Avqust 2026 16:04
114
“Ordu” polşalı voleybolçunu transfer edib

“Ordu” voleybol klubu Polşa millisinin sabiq kapitanı Mixal Kubyakı transfer edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Ordu” klubunun mətbuat xidməti məlumat verib.

Polşalı voleybolçu ilə növbəti mövsümü əhatə edəcək sözləşmə imzalanıb. O, karyerası ərzində müxtəlif beynəlxalq turnirlərdə çoxsaylı medallar və fərdi mükafatlar qazanıb.

Qeyd edək ki, M.Kubyak Polşa millisinin heyətində 2014 və 2018-ci illərdə dünya çempionu olub.

İdman.Biz