Qadınlardan ibarət UNEC komandası heyətini dörd legioner voleybolçu ilə gücləndirib.
Klubun prezidenti Vüqar Məmmədov AZƏRTAC-a bildirib ki, yeni transfer olunan oyunçular Avstriya, Venesuela, Serbiya və Xorvatiyanı təmsil edirlər.
Aida Korman (Avstriya) və Aniça Popadiç (Serbiya) blokçu, Belisario Maylin (Venesuela) və Marsella Saini (Xorvatiya) isə hücumçu mövqeyində çıxış edirlər.
Popadiç son mövsümü ölkəsinin “Srvena Zvezda” klubunda keçirib.
