Tovuzun “Turan” voleybol klubu 2025/26 mövsümünün sonunda 11 oyunçu ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandadan ayrılan voleybolçular bunlardır:
Bohdana Anisova, Coselin Landeros, Valeriya Kondratyeva, Təhminə Mustafazadə, Ülkər Kərimova, Ş’Daymond Holli, Səbinə Əlizadə, Xədicə Ələkbərova, Fransiele Stedile, Larisa Smeltsova, Zarina Namazova.
Klub oyunçulara komandanın inkişafına, uğurlarına və kollektiv ruhuna verdikləri töhfəyə görə təşəkkür edib, onlara karyeralarının növbəti mərhələsində uğurlar arzulayıb.
Qeyd edək ki, “Turan” 2025/2026 mövsümünün çempionu olub. Debütant komanda final qarşılaşmasında “DH Volley”ə qalib gələrək mövsümü qızıl medalla başa vurub və Avropa kuboklarına vəsiqə qazanıb.
