Yaponiyalı libero Minami Yoşioka “Turan” voleybol klubunun heyətinə qoşulub.
İdman.Biz bu barədə kluba istinadən bildirir.
Oyunçu ilə 2026/27 mövsümü üçün müqavilə imzalanıb.
Təcrübəli libero yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandanın uğurları üçün mübarizə aparacaq.
