“Turan” heyətini Çin millisinin aparıcı oyunçusu ilə gücləndirdi

30 İyul 2026 16:56
112
“Turan” heyətini Çin millisinin aparıcı oyunçusu ilə gücləndirdi

Çin milli komandasının 196 sm boya malik blokçusu Yanq Hanyu Şandonq 2026/2027 mövsümündə “Turan” voleybol klubunun heyətinə qoşulub.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Çin voleybolunun aparıcı oyunçularından biri olan Şandonq yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandanın uğurları üçün mübarizə aparacaq.

Təcrübəli voleybolçu karyerası ərzində “Beyjin BAİC Motor” (2017/2018), “Zhejianq Jiaxinq Xitanq Ancient Town” (2018/2019), “Quandunq Everqrand” (2019/2020) və “Şandunq Rizhao Steel” (2019-2026) klublarında çıxış edib.

O, milli komandanın heyətində U-19 Asiya çempionatı (2016), U-21 dünya çempionatı (2017), Voleybol Millətlər Liqası (2018, 2019, 2023), FIVB dünya çempionatı (2018, 2022), FIVB dünya çempionatı (2019), “Tokyo Challenge Cup” (2021), Asiya çempionatı (2023) və Olimpiya təsnifat turnirində (2024) müvəffəqiyyətlərlə yadda qalıb.

Yanq Hanyunun fərdi nailiyyətləri sırasına U-19 Asiya çempionatının ən yaxşı blokçusu (2016), U-21 dünya çempionatının MVP-si və ən yaxşı blokçusu (2017), FIVB Klublararası dünya çempionatının ən yaxşı blokçusu (2018/19), Asiya çempionatının ən yaxşı blokçusu (2019, 2023), Çin liqasının (2024/25, 2025/26) və Çin milli çempionatının (2024/25) ən yaxşı blokçusu mükafatları daxildir.

İdman.Biz