Azərbaycan voleybolunda son illərin ən səs-küylü transferlərindən biri reallaşıb.
İdman.Biz xəbər verir ki, İtaliya millisinin sabiq lideri, dünya voleybolunun ən tanınmış simalarından olan İvan Zaytsev “Ordu” Voleybol Klubunun heyətinə qoşulub.
Zaytsev uzun illər İtaliya millisinin əsas oyunçularından biri olub. O, karyerası ərzində dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında, həmçinin CEV Çempionlar Liqasında çıxış edib. Təcrübəli oyunçu İtaliya Superliqasında göstərdiyi performansla dünya voleybolunun simvolik adlarından birinə çevrilib.
İtaliyalı voleybolçu meydandakı liderliyi, xarizması və oyun üslubu ilə “The King”, “The Gladiator” və “Io Zar” ləqəblərini qazanıb.
Qeyd edək ki, İvan Zaytsevin “Ordu”ya transferi Azərbaycan voleybolu tarixinin ən nüfuzlu legioner keçidlərindən biri hesab olunur.
