Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, komanda bu gün Afinaya yola düşüb.
İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı zamanı millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması Avropa çempionatının C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları avqustun 21-dən 28-nə qədər Milli Gimnastika Arenasında keçiriləcək.
